[b]Azərbaycan idmançısı Avropa kubokunun qalibi oldu[/b]
27 mart 2017 04:40 (UTC +04:00)

[b]Azərbaycan idmançısı Avropa kubokunun qalibi oldu[/b]

Azərbaycan triatlon komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində təşkil olunan Avropa kuboku yarışlarında qızıl medal qazanıb.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, təmsilçimiz 72 idmançının mübarizə apardığı kişilər arasında keçirilən triatlon yarışında 1 saat 50 dəqiqə 42 saniyə nəticə göstərərək Avropa kubokunun qalibi olub. R.Pevtsov ən yaxın izləyicisi isveçrəli Adrien Briffodu 17 saniyə qabaqlayıb. Turnirdə üçüncü yeri 1 saat 51 dəqiqə 39 saniyə nəticə ilə ispaniyalı idmançı Uxio Abuin Ares tutub.

 

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 2 saat 10 dəqiqə 27 saniyəlik nəticə ilə 17-ci olub.

 

Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.

 

Qeyd edək ki, Avropa kubokundan sonra milli komandamız Las-Palmasda təlim-məşq toplanışlarında olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Oxşar yazılar