"Arsenal" forma sponsoru olan Birləşmiş Ərəb Əmirliyinin hava yolu şirkəti "Emirates"lə yeni müqavilə imzalayıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni müqaviləyə əsasən, şirkətlə 2023/2024 mövsümünün sonuna kimi əməkdaşlığa davam ediləcək.
Britaniya mətbuatı "Emirates"in forma sponsorluğu üçün "Arsenal"a ümumilikdə 200 milyon funt sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, "Emirates" 2006-cı ildən "Arsenal"ın forma sponsorudur.