"Arsenal" Vengerlə müqaviləni artırdı
31 may 2017 20:29 (UTC +04:00)

"Arsenal" Vengerlə müqaviləni artırdı

0

İngiltərənin "Arsenal" klubu baş məşqçi Arsen Vengerlə müqaviləni artırıb.

 

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bu gün 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, 67 yaşlı Venger 1996-cı ildən London klubunu çalışdırır.

 

Xatırladaq ki, bu mövsüm İngiltərə kubokunu qazanan "Arsenal" Premyer Liqanı 5-ci yerdə tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 387

Oxşar yazılar