Argentina millisində ciddi itki
24 mart 2016 03:21 (UTC +04:00)

Argentina millisində ciddi itki

“Yuventus”un hücumçusu Pablo Dibala Argentina millisinin heyətindən kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, buna səbəb gənc futbolçunun zədələnməsidir.

 

“Bavariya” ilə Çempionlar Liqasının 1/8 final cavab qarşılaşmasında zədələnən oyunçunun milli matçlara qədər hazır olması gözlənilsə də, cənubi amerikalıların baş məşqçisi Xerardo Maritino risk etməmək qərarına gəlib.

 

“Biz Çili və Boliviya ilə oyunlarda Dibalanın xidmətindən istifadə edə bilməyəcəyik. Onun zədəli olduğunu və tam sağalmadığını bilirdik, ancaq ümid edirdik ki, bizə kömək edə bilər. Son anda isə qərara aldıq ki, onun sağlamlığını riskə atmayaq. “Yuventus”un hücumçusunun əvəzinə isə milliyə heç kim dəvət olunmayacaq” – deyə Maritino bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar