İngiltərənin «Mançestr Siti» futbol klubunun rəhbərliyi ABŞ-da yeni futbol komandası yaratmaq niyyətindədir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu layihədə «Mançestr Yunayted»in keçmiş yarım müdafiəçisi Devid Bekhemin də iştirakı ehtimal olunur.
Mənbənin bildirdiyinə görə, Amerika Alim Futbol Liqasında öz komandasını, yaxud «Mançestr Siti»nin filialını yaratmaq onlara 100 milyon dollara baha gələ bilər.
Yeni komandanın adının «Nyu-York siti» olacağı gözlənilir. Klubun adminstratoru vəzifəsində Devid Bekhemin çalışacağı da istisna edilmir.