Azərbaycan yığmasının (U-21) heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, “Zirə”nin futbolçusu Adil Nağıyev millimizin düşərgəsindən kənarlaşdırılıb.
Buna səbəb onun millimizin hazırlıq prosesində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyə çıxış etməsidi. Baş məşqçinin qərarına əsasən Nağıyev yığmanın toplanışından klubunun düşərgəsinə göndərilib.
Qeyd edək ki, avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan komandamız Farer adaları ilə oyuna hazırlaşır.