“UEFA U-17”-da yarımfinalçılar bəlli oldu
15 may 2016 22:09 (UTC +04:00)

“UEFA U-17”-da yarımfinalçılar bəlli oldu

Bu gün Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti 1/4 final oyunları keçirilib.

 

Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan iki görüşdən sonra növbəti yarımfinalçıların adlarına aydınlıq gəlib.

 

 İlk olaraq meydana İspaniya və İngiltərə milliləri çıxıblar. D qrupunu lider kimi başa vuran pirineylilər C qrupunun ikincisini minimal hesabla keçiblər.

 

 Günün ikinci oyununda isə İsveç Hollandiya ilə qarşılaşıb. Bu oyunun da taleyini 1 qol həll edib. "Portağallar" tək qolla yarımfinala adlayıblar.

 

Ötən gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın ilk iki qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki görüş “Dalğa Arena”da baş tutub.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

1/4 final

14 may

 Almaniya – Belçika - 1:0

Qol: Renat Dadaşov, 51

  

Portuqaliya – Avstriya 5:0

Qollar: Xose Qomes, 7 (pen.), 18, 47; Mesake Dju, 51; Migel Luis, 77

 

15 may

İsveç – Hollandiya - 0:1

Qol: Çonq, 62

 

İspaniya – İngiltərə - 1:0

Qol: Qarsiya, 11

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar