Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən son ölkə çempionu "Qarabağ" avqustun 5-də üçüncü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Şotlandiya "Seltik"ini qəbul edəcək. Lent.az-ın “azerisport”-a istinadən məlumatına görə, komandamızın rəqibi ötən axşam Bakıya yola düşüb.
Qlazqo hava limanına toplaşan "Seltik" fanatları komandanı böyük coşqu ilə yola salıblar. Komadanı uğurlamağa gələnlər arasında Şotlandiya Milli Orkestri də olub. Onlar isə öz növbələrində məşhur bəstəkar Sergey Prokofiyevin müəllifi olduğu "Cəngavərlərin rəqsi"ni ifa ediblər. Maraqlıdır ki, orkestrə "Seltik"in qapıçısı Kreyq Qordon dirijorluq edib.
Qeyd edək ki, "Qarabağ" - "Seltik" matçı avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da start götürəcək.