“Qarabağ”ın Bakıda növbəti sınağı
06 noyabr 2014 06:11 (UTC +04:00)

“Qarabağ”ın Bakıda növbəti sınağı

Apasport.az saytının məlumatına görə, ölkəmizi qitə miqyaslı yarışlarda təmsil edən “Qarabağ” da IV turda meydana çıxacaq.

 

F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirəcək.

 

Hazırda qrupda ikinci olan Azərbaycan çempionu bu görüşdə mütləq qalib gəlsə, 1/16 finala daha da yaxınlaşacaq.

 

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu Fransa “Sent-Etyen”inə qarşı keçirib. Ağdam klubu Bakıda “yaşıllar”la qolsuz heç-heçəyə razılaşıb. Səfərdə İtaliya “İnter”inə uduzan (2:0) komandamız yeganə qələbəsini “Dnepr” üzərində əldə edib.

 

Avropa Liqası

Qrup mərhələsi

IV tur

F qrupu

6 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093
avatar

Oxşar yazılar