“Qarabağ” çempionluqdan başqa 1000 manat da itirdi
07 may 2013 18:01 (UTC +04:00)

“Qarabağ” çempionluqdan başqa 1000 manat da itirdi

“Neftçi”yə 1:2 hesabı ilə uduzaraq, çempionluqdan faktiki məhrum olduğu oyunda Ağdamın “Qarabağ” klubunu azarkeşləri 1000 manat ziyana salıb. Lent.az-ın məlumatına görə, əyalət klubunu AFFA İntizam Komitəsi cərimələyib.

 

Buna Topaz Premyer Liqasında XXIX tur matçının 1 və 72-ci dəqiqələrində “Qarabağ” azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəb olub.

 

Qalan cəzalar oyunçulara göstərilən vərəqələrlə bağlı olub. AZAL-la görüşdə 5 futbolçusu sarı vərəqə alan “Turan”a 1000 manat cərimə kəsilib. Bu oyunun 45+3-cü dəqiqəsində AZAL-ın futbolçusu Cavid Tağıyev idmançıya yaraşmayan hərəkətə yol verib. Nəticədə o, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Tağıyev 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.

 

“Bakı” ilə matçda da “İnter”in 5 futbolçusu sarı vərəqə alıb ki, bu da “bankirlər”ə 1000 manata başa gəlib. “Sumqayıt”la görüşün 44-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev, 60-cı dəqiqədə isə Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hərəyə 1 oyunluq cəzaya, klub isə üst-üstə 400 manat cəriməyə məruz qalıb. 90+2-ci dəqiqədə isə “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov analoji halla üzləşib. Qurbanov 1 oyunluq cəza, klubu 200 manat cərimə ilə üzləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar