"Qalatasaray"ın futbolçusu Uesli Sneyderə 1 milyon avro borcu var.
Lent.az-ın “qol.az”- a istinadən xəbərinə görə, bu barədə Hollandiyanın "De Telegraaf" qəzeti yazıb. Hollandiyalı yarımmüdafiəçinin bir neçə həftədir maaşını almadığı iddia edilib.
U.Sneyder özü də "De Telegraaf"a açıqlamasında məlumatı təsdiqləyib: "İstanbul klubunun mənə borcu olduğu barədə yayılan xəbərlər doğrudur. “Qalatasaray" maaşımı ödəmək üçün çalışır. Menecerimin klub nümayəndələri ilə danışıqları davam edir".
Qəzetdə o da qeyd olunub ki, Sneyder bu durumda FİFA-a müraciət edərək "Qalatasaray"la müqaviləni ləğv edə bilər.
Xatırladaq ki, bundan əvvəl İzet Hayroviç maaşını almadığı üçün "Qalatasaray"la müqaviləni ləğv edib və "Verder"ə transfer olunub.