
“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib
0
0
22 aprel 2019-cu il, Bakı “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Aeroportuna yüklərin gətirilməsinə başlanılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.
Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb.
Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”-in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.
Azərbaycan Qran-Prisi 2019-cu il aprelin 26-dan 28-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
0
0
Oxşar yazılar

Fernandu Santuş istefaya göndərildi
8 sentyabr 2025 , 12:05
"Yuventus"un futbolçusu evə məşuqəsini gətirdi, sevgilisi görün nə etdi...
8 sentyabr 2025 , 09:56
“Anası haradadır?” Bellinqemin sevgilisi ilə ehtiraslı öpüşü pərəstişkarlarını qəzəbləndirdi
7 sentyabr 2025 , 19:59
Messi milli komanda üslubunda: 65 min dollarlıq palto və dəbli çantada
7 sentyabr 2025 , 15:51
Azərbaycan - Ukrayna oyununun hakimləri bəlli olub
7 sentyabr 2025 , 12:38
İkisi də “Mançester Yunayted”dən gedəcək
7 sentyabr 2025 , 09:35
DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirildi
7 sentyabr 2025 , 01:13