Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu qitə miqyaslı ən möhtəbər klub turnirinin III turunda BATE ilə görüşün ilk hissəsində poker edib.
Forvard 7:0 hesabı ilə Ukrayna təmsilçisinin xeyrinə başa çatan oyunun birinci yarısında 4 qol vuran (27-pen, 36, 40, 44) ilk futbolçu olub.
Bundan başqa, matçın 80-cı dəqiqəsində daha bir penaltidən fərqlənən Adriano həm “penta-trik”ə imza atıb, həm də “Barselona”nın hücumçusu Lionel Messinin 2012-ci ildə qırdığı rekoda şərik olub.
Həmçinin Luis Donetski klubunun heyətində ən yaxşı bombardirlərin siyahısının ilk pilləsinə yüksəlib. 2007-ci ildən “Şaxtyor”da çıxış edən 27 yaşlı oyunçu vurduğu qolların sayını 116-ya çatdırb. O, Ukrayna klubunun sabiq futbolçusu Andrey Vorobyandan 2 top çox fərqlənib.