İspaniyanın “Barselona” klubu Almaniyanın “Borussiya” (Dortmund) komandasının türk əsilli futbolçusu İlkay Gündoğanla maraqlanır. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəməyə hazırdır.
Gündoğanın “Borussiya” ilə 2015-ci ilədək müqaviləsi var. O, bir müddət öncə Almaniyada çox xoşbəxt olduğunu və hazırkı klubundan ayrılmağı düşünmədiyini söyləyib. Amma futbolçu onu da əlavə edib ki, gələcəkdə nə baş verəcəyini deyə bilməz.
Qeyd edək ki, İlkay Gündoğan Almaniyanın Gelzenkirhen şəhərində doğulub. O, həm “Borussiya”, həm də Almaniyanın əsas millisində 2011-ci ildən çıxış etməyə başlayıb.