“Barselona” İspaniyanın parçalanmasına rəsmən dəstək verdi
11 oktyabr 2014 04:45 (UTC +04:00)

“Barselona” İspaniyanın parçalanmasına rəsmən dəstək verdi

0

“Barselona” klubu Kataloniyanın öz müqəddəratını təyin etməsi ilə bağlı milli pakta dəstək verdiyini rəsmən elan edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, bu barədə bəyanat klubun saytında yerləşdirilib.

 

Bölgə hakimiyyəti Kataloniyanın müstəqilliyi referendumunu keçirmək niyyətindədir. Səsvrmə noyabrın 9-una planlaşdırılır. “Barselona” rəhbərliyi bu ideyanı dəstəkləyib və paktı imzalayıb.

 

Qeyd edək ki, Kataloniya müstəqil olsa, “Barselona”, eləcə də digər Kataloniya klubu “Espanyol” İspaniya çempionatında iştirak də bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1679

Oxşar yazılar