“Bakı-2015” möhtəşəm şou təşkil edəcək
21 noyabr 2014 22:15 (UTC +04:00)

“Bakı-2015” möhtəşəm şou təşkil edəcək

Lent.az-ın AzərTAca istinadən verdiyi xəbərə görə, ilk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 24-də İçərişəhər işıqlandırılacaq və diqqətçəkən şou göstəriləcək. “Bakı-2015”in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsi üzərində əks olunacaq. Axşam isə “Bakı-2015”lə bağlı xüsusi bir xəbər elan ediləcək.

 

Gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib: “İlk Avropa Oyunlarının başlamasına 200 gün qalır. Bakı şəhəri və Azərbaycan ölkəmizin idman tarixinin mühüm hissəsinə çevriləcək Oyunlara hazırlaşır. Eyni zamanda, biz bütün ölkədə böyük maraq oyadacaq xüsusi bir xəbər elan edəcəyik və mən bu tarixi anı mümkün qədər çox insanla paylaşmaq istərdim. Bakı sakinlərini axşam saat 20-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou ilə başa çatacaq tədbirdə iştiraka dəvət edirik”.

 

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Açılış mərasiminin başlamasına qalan günlərin geri sayımına davam edirik və şəhərdə hər həftə böyük həyəcan yaşanmaqdadır. Gələn il keçiriləcək “Bakı-2015” Avropa Oyunlarında qitənin elit idmançıları iştirak edəcək. Biz belə bir mötəbər yarışlara ev sahibliyi etməyə hazırlaşırıq və mən paytaxt sakinlərini bizə qoşularaq tədbirlərimizdə yaxından iştiraka səsləyirəm”.

# 598
avatar

Oxşar yazılar