Britaniya üçün “Rio-2016”nın 8-ci günü ən uğurlu gün kimi yadda qalıb. Lent.az azərTAc-a istinadən xəbər verir ki, bu ölkə dünən keçirilən yarışlarda 3 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıb. Beləliklə Birləşmiş Krallıq medal cədvəlində 3-cü sırada qərarlaşıb.
33 yaşlı britaniyalı atlet Mo Farah artıq 3 –cü dəfədir ki, Olimpiya uğuru qazanır. 24 yaşlı Laura Trott isə 3 qızıl medal qazanan ilk britaniyalı qadın atlet olub.