
19 futbolçu komandadan qovuldu
Portuqaliyanın “Sportinq” klubunda qeyri-adi münaqişə baş verib. Apasport.az saytının məlumatına görə, Lissabon klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.
Belə ki, Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə görüşündəki 0:2 hesablı məğlubiyyətdən sonra paytaxt təmsilçisinin rəhbəri sosial şəbəkədə oyunçuları sərt tənqid edib. Futbolçular da buna etiraz əlaməti kimi məşqə çıxmaqdan imtina ediblər.
Onlar Karvalyonun bazaya gəlib, onlara izahat verməsi tələbini ortaya qoyub. Prezident isə buna sərt reaksiya verib. O, bütün futbolçuların – 19 oyunçunun cərimələnməsinə və komandadan kənarlaşdırılmasına qərar verib.
Qeyd edək ki, “Sportinq” sabah Portuqaliya çempionatında növbəti oyununu keçirməlidi.
Oxşar yazılar

Yamal həqiqətən müğənni ilə sevişir? Qızı oyunda görüblər
17 avqust 2025 , 13:32
Salah Premyer Liqanın ilk turunda qol vuran rekordçudur: dörd əfsanə geridə qaldı
17 avqust 2025 , 10:03
"Bavariya" Almaniya Superkubokunu qazandı
17 avqust 2025 , 01:27
"Barselona" səfərdə qalib gəldi
17 avqust 2025 , 00:31
“Neftçi” “Şamaxı” ilə bacarmadı
16 avqust 2025 , 22:36
“Mançester Siti” PSJ-nin qapıçısını aldı
16 avqust 2025 , 20:00
"Barselona" yeni qapıçısını qeydiyyatdan keçirdi
16 avqust 2025 , 16:40