Xavi 80 il əvvəlki  antirekordu təkrarladı
23 aprel 2024 09:46 (UTC +04:00)

Xavi 80 il əvvəlki antirekordu təkrarladı

“Barselona” İspaniya çempionatının 32-ci turunda səfərdə “Real”a uduzub - 2:3. 

Lent.az xarici mediaya istinadla bildirir ki, beləliklə, “Barselona”nın baş məşqçisi Xavi Kataloniya klubunun tarixində “Real Madrid”ə ardıcıl 4 oyunda məğlub olan ikinci məşqçi olub.

Xavi İspaniya kubokunun 2022/23-cü il mövsümünün yarımfinal mərhələsinin cavab oyununda Ançelottinin komandasına - 0:4, Superkubokda - 1:4, La Liqada isə iki dəfə - 1:2 və 2:3 hesabları ilə uduzub.

Xavidən əvvəl ardıcıl 4 dəfə “Real Madrid”ə məğlub olan yeganə məşqçi 1935-1940-cı illərdə “Barselona”nı çalışdırmış Patrik Okonnell olub.

Ümumilikdə Xavi “Real Madrid”ə qarşı 10 oyun keçirib, bunun 4-də qalib gəlib, 6-da uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937
avatar

Oxşar yazılar