"Liverpul"un və İngiltərənin U21 millisinin yarımmüdafiəçisi Harvi Elliot gələcək karyerası ilə bağlı fikirlərini bölüşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, ehtiyat oyunçular arasında oturmaq istəmədiyini dair etiraf edib.
"Həqiqətən, karyeramda vaxt itirmək istəmirəm. Bu, daim üzərində düşünməli olduğum bir vəziyyətdir. Mən hər şeyi necə etdiyimi və bir oyunçu kimi özümü necə inkişaf etdirə biləcəyimi başa düşməliyəm. Sadəcə özümü təkmilləşdirmək və ən yaxşı vəziyyətdə olmaq istəyirəm. Mən klubu, azarkeşləri və komandanı sevirəm, amma dediyim kimi, mənim və karyeram üçün nəyin vacib olduğunu başa düşmək vacibdir".
Arne Slotun gəlişi ilə Elliott rotasiyadakı yerini itirib və Premyer Liqanın 2024/25 mövsümündə 400 dəqiqədən bir qədər az oynayıb, bu vəziyyət Florian Virtsin potensial gəlişi ilə daha da pisləşə bilər.
22 yaşlı ingilis futbolçunun xidmətində "Vulverhempton" da daxil olmaqla bir sıra Premyer Liqa klubları maraqlıdır.