Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli voleybolçular zəlzələdə həyatını itiriblər.
Türkiyə Voleybol Federasiyasından bildirilib ki, Rasus Kimya Hatay Voleybol Komandasının idmançıları Gözde Öztürk, Dilek Mucuk, Ahsen Baş və İrem Kurtoğlunun zəlzələ nəticəsində dünyasını dəyişib:
“İdmançılarımıza və həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, başsağlığı veririk. ailələrinə və millətimizə başsağlığı verir, yaralılara isə tezliklə şəfa diləyirik. Cəmiyyətimizə başsağlığı veririk”.