Türk qızı 16 saat dayanmadan üzdü - Dalğalarla SAVAŞDI
03 avqust 2022 12:30 (UTC +04:00)

Türk qızı 16 saat dayanmadan üzdü - Dalğalarla SAVAŞDI

Dünya  mətbuatı La-Manş boğazını 16 saat ərzində fasiləsiz üzərək keçməyi bacarmış türk qızı Aysu Türkoğlundan danışır. O, Fransadan üzərək İngiltərəyə keçmiş ən gənc idmançıdır.

Lent.az xəbər verir ki,  21 yaşlı bodrumlu üzgücü Aysu Türkoğlu Atlantik okeanla Şimal Dənizini birləşdirən La-Manş boğazını üzərək keçməyi hədəfləmişdi və bu arzusunu reallaşdırdı. 16 saat fasiləsiz üzərək, boğazı keçən türk qızı bununla ən gənc və ilk qadın üzgüçü olaraq adını tarixə yazmağı bacardı. Sahilə çıxan kimi ölkəsinin bayrağını qaldıran gənc idmançını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik edib. 

Aysu Türkoğlu bu rekordu imzalayarkən Şimal Dənizi cərəyanları və böyük okean dalğalarla mübarizə aparmalı olub. Türk qızı Britaniyanın Dover şəhərində başlayan “su savaşını” 16 saat 28 dəqiqə ərzində qələbə ilə başa vuraraq, Fransanın Cap Griz-Nez sahillərində quruya çıxıb.

Aysu Türkoğlu Ege Universitetinin “Spor Bilimləri” fakultəsində təhsil alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar