Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə 18 dəst medallar sahibi tapacaq.
İyulun 25-də Azərbaycan millisinin 4 üzvü də mübarizəyə qoşulacaq. Onlardan yalnız birinin qatılacağı yarışda medalçılar bəlli olacaq. Cüdoçu Orxan Səfərov mükafat uğrunda mübarizə aparacaq.
Gimnast Marina Nekrasova, stend atıcısı Emin Cəfərov təsnifat mərhələsində gücünü sınayacaq. Boksçu Cavid Çələbiyev də bu gün mübarizəyə başlayacaq.
25 iyul
05:00. İdman gimnastikası, qadınlar, 1-ci hərəkət – Marina Nekrasova
06:55. İdman gimnastikası, qadınlar, 2-ci hərəkət - Marina Nekrasova
10:10. İdman gimnastikası, qadınlar, 3-cü hərəkət - Marina Nekrasova
12:05. İdman gimnastikası, qadınlar, 4-cü hərəkət - Marina Nekrasova
15:20. İdman gimnastikası, qadınlar, 5-ci hərəkət - Marina Nekrasova
08:24. Boks, kişilər. 1/16 final. 63 kq. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)
06:00. Cüdo, kişilər. 66 kq. 1/16 final. Orxan Səfərov – Yerlan Serikjanov (Qazaxıstan)
05:00. Stend atıcılığı. Kişilər, skit. Təsnifat mərhələsi. Emin Cəfərov