Tofiq Musayev UFC-də  növbəti döyüşünə çıxacaq
31 yanvar 2026 02:23 (UTC +04:00)

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq

0

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq.

Lent.az  xəbər verir ki, bu barədə insayder Leo Uolker Gimarayeş məlumat yayıb.

Bildirilib ki, idmançımız aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək "UFC Vegas 115" turniri çərçivəsində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.

Qeyd edək ki, Bakıda keçirilən "UFC Fight Night" turnirində təmsilçimiz Tofiq Musayevin debütü uğursuz alınıb. 35 yaşlı idmançımız qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olub. Rəqibi Tofiqin qolunu birinci raundda ağrıdıcı fəndə salaraq təmiz qələbə qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar