Serxio Ramos tarixin  ən çox meydandan qovulan   futbolçusu oldu 
19 mart 2025 12:41 (UTC +04:00)

Serxio Ramos tarixin ən çox meydandan qovulan futbolçusu oldu 

Meksika çempionatında “Monterrey”in şərəfini qoruyan Serxio Ramos peşəkar karyerasında 30-cu qırmızı vərəqəsini ölkə çempionatının 12-ci turunda “Pumas”la oyunda alıb və dünya birinci və ikinci divizionlarında, kuboklarda və milli komandalarda oyunlar nəzərə alınmaqla, tarixdə ən çox qırmızı vərəqə alan futbolçu olub. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bundan əvvəlki rekordçu karyerası ərzində 29 qırmızı vərəqə alan panamalı Felipe Baloy idi.
Serxio Ramos sosial şəbəkədə qovulmasına zarafatla cavab verib: "Bu çempionatı qırmızı vərəqəsiz tərk edə bilməyəcəyim açıq-aydın idi".

Ramos bundan əvvəl "Real"ın futbolçusu kimi 26 dəfə, PSJ-nin heyətində iki dəfə və "Sevilya"nın futbolçusu kimi bir dəfə qırmızı vərəqə alıb. Eyni zamanda, ispaniyalı heç vaxt İspaniya millisinin heyətində keçirdiyi oyunlarda qırmızı vərəqə almayıb.

“Kral klubu”nun tərkibində 5 qat İspaniya çempionu, 2 dəfə İspaniya kubokunun qalibi, 4 dəfə Çempionlar Liqası, Klublararası dünya çempionatı və İspaniya Superkubokunun qalibi olan müdafiəçi 3 dəfə UEFA Superkubokunun qalibi olub. 2021-2023-cü illərdə ispaniyalı PSJ-də çıxış edib, onunla ikiqat Fransa çempionu olub və ölkə Superkubokunu qazanıb.

Futbolçu İspaniya millisində 180 oyun keçirib, 23 qol vurub. 2010-cu ildə Ramos Dünya Kubokunun, 2008 və 2012-ci illərdə isə Avropa Çempionatının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar