Serxio Ramos "Sevilya"nın yeni sahibi  olacaq?
13 may 2026 09:23 (UTC +04:00)

Serxio Ramos "Sevilya"nın yeni sahibi olacaq?

0

İspaniya millisinin və “Real”ın keçmiş müdafiəçisi Serxio Ramos "Sevilya"nı almaq üçün danışıqları yekunlaşdırır.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, müqavilə artıq razılaşdırılıb və futbolçunun qardaşı Rene Ramos onunla birlikdə proses üzərində işləyir.

Qeyd olunur ki, tərəflər rəsmi açıqlamadan əvvəl hüquqi və rəsmi prosedurları tamamlamalıdırlar.

39 yaşlı Ramos Sevilya klubunun gənclər sisteminin yetişdirməsidir. O, klubun böyüklər komandasında debütünü 2004-cü ildə edib, daha sonra isə “Real”a keçib.

Müdafiəçi “Real” ilə beş La Liqa və dörd Çempionlar Liqası titulunu qazanıb. Ramos həmçinin İspaniya millisi ilə Dünya çempionatını və iki Avropa çempionatını qazanıb.

2023-cü ildə oyunçu “Sevilya”ya qayıdıb, lakin mövsüm bitdikdən sonra klubu tərk edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 202

Oxşar yazılar