İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Fransa və PSJ-nin hücumçusu Kilian Mbappeyə məsləhətlər verib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun fikrincə, PSJ çox böyük klubdur.
“Amma mənə elə gəlir ki, Kilian Liqa 1-də əlindən gələni edib. Messi və Ronaldo səviyyəsinə çatmaq istəyirsə, o zaman “Mançester Yunayted” və ya “Real”a getməlidir”, - Runi ingilis jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Mbappe Qətərdə keçirilən dünya çempionatının bombardiri olub. Fransalı hücumçu turnirdə 8 qol vuraraq Lionel Messini bir qol qabaqlayıb.