“Əl-Hilal”a 1:2 hesabı ilə məğlub olan “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun finalında oynamayacaq.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, oyunun ən kritik anı Kriştiano Ronaldonun qırmızı vərəqə alması olub.
Ronaldo oyunun 85-ci dəqiqəsində rəqiblərindən birinə qarşı kobud hərəkət edib. Onun bu davranışı hər iki komandanın oyunçuları arasında qısamüddətli davaya səbəb olub.
Vəziyyət bir qədər sakitləşdikdən sonra Ronaldo qırmızı vərəqə alıb. O, hakimin qərarını qəbul edə bilməyib. Bir neçə dəqiqə sonra Ronaldo sanki hakimi vurmaq istəyirmiş kimi jest edib. Xoşbəxtlikdən, hakim həmin an bunu görməyib, əks halda oyunun protokolunda qeyd olunsaydı, cəza çox daha ciddi ola bilərdi.
Qeyd edək ki, Ronaldonun bu klub mövsümündə kubok qazanmaq üçün daha bir şansı olacaq. Onun komandası Səudiyyə Ərəbistanı Kral Kubokunun yarımfinalında çıxış edəcək.