Ronaldo "Mançester Yunayted"də qalacaq? -  "Ondan soruşun"
02 may 2022 17:33 (UTC +04:00)

Ronaldo "Mançester Yunayted"də qalacaq? - "Ondan soruşun"

"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik komandanın futbolçusu Kriştiano Ronaldonun klubdakı gələcəyi ilə bağlı suallara cavab verib.

Mövsümün sonunda "qırmızı şeytanlar"dan ayrılıb, Avstriya millisini çalışdıracaq mütəxəssis 37 yaşlı hücumçu haqqında klubun yeni baş məşqçisi Erik ten Haqın danışmalı olduğunu deyib: “Bu sualı Erik ten Haqdan soruşmaq lazımdır. Ronaldo göstərdi ki, o, hələ də heyətin vacib bir hissəsi ola bilər. Lakin komandanın hücumçulara ehtiyacı olduğu aydındır. Gələn mövsümə qədər "Mançester Yunayted"də iki və ya üç yeni hücumçu olmalıdır, bu, mütləqdir”.

Qeyd edək ki, Ronaldo bu mövsüm 37 matçda 23 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, Avstriya Futbol Federasiyası bir neçə gün əvvəl Ranqniklə 2 illik müqavilə imzalayıb. Ten Haq isə mövsümün sonunda "Ayaks"ın baş məşqçisi vəzifəsindən ayrılıb, "Mançester Yunayted"i çalışdıracaq. Onunla imzalanan müqavilənin müddəti 2025-ci ilin yayına qədərdir.(qol.az) 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Yalçın UĞUR

Oxşar yazılar