"Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo evində özü və ailəsi üçün yemək hazırlamaq üçün aşbaz tutmaqda çətinlik çəkib.
Lent.az bildirir ki, bu bardə Correio da Manha “Daily Mail” xəbər verir.
Mənbənin məlumatına görə, onun evində vakant olan kadr yerlərinin bir qismi artıq tutulsa da, aşbaz vəzifəsi vakant olaraq qalır. Səbəb kimi Ronaldo və onun tərəfdaşı, ənənəvi Portuqaliya yeməklərini, eləcə də suşi kimi daha çox beynəlxalq yeməkləri bişirmək bacarığına diqqət yetirən ispan model Corcina Rodriqes tərəfindən qoyulan tələblər göstərilir.
Xatırladaq ki, Ronaldo 2022-ci ilin dekabr ayının son günlərində “Əl-Nasr”la müqavilə imzalayıb.
Jurnalistlərin fikrincə, 37 yaşlı portuqaliyalı hər mövsümə təxminən 200 milyon avro qazanacaq və onun klubla müqaviləsi 2,5 il müddətinə nəzərdə tutulub.