“Mançester Yunayted”in sabiq hücumçusu Erik Kantona Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, fransızın fikrincə, portuqaliyalı artıq yaşlı oyunçu olduğunu dərk edə bilmir:
"Məncə, karyeralarını necə başa vurduqları baxımından iki cür futbolçu var. Bəziləri hər matçda hələ 25 yaşlarında olduqlarını düşünürlər. 25 yaşda olmadıqlarını, rollarının gənclərə kömək etmək olduğunu anlayanlar da var. Onsuz özləri də hər matçda oynamayacaqlar.
Ancaq düşünürəm ki, Ronaldo artıq 25 yaşında olmadığını başa düşmədi və hələ də başa düşmür. O, təzəcə qocalıb və başa düşməli idi ki, yalnız bəzi matçlarda çıxış etdiyindən narazı olmaq əvəzinə, axşı, mənim 25 yaşım yoxdur, hər matça çıxa bilmirəm. Amma mən gənc futbolçulara kömək edəcəyəm, deməlidir”.