Rəqibinə  yumruq vuran   basketbolçuya böyük cəza
14 dekabr 2023 19:06 (UTC +04:00)

Rəqibinə yumruq vuran basketbolçuya böyük cəza

Amerika Basketbol Liqasında (NBA) " Phoenix Suns"da çıxış edən bosniyalı oyunçu Yusuf Nurkiçə yumruq vuran "Qolden Steyt Uorriors"un amerikalı Draymond Qrin cəzası açıqlanıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Qolden Steyt Uorriors”un hücumçusu Draymond Qrin NBA tərəfindən qeyri-müəyyən müddətə futboldan uzaqlaşdırılıb.

NBA rəhbərliyi çərşənbə axşamı “Phoenix Suns”a qarşı oyunda Jusuf Nurkici vurduqdan sonra Qrin qeyri-müəyyən müddətə uzaqlaşdırıldığını açıqlayıb. Bu hərəkətdən sonra Qrin qeyri-idman qayda pozuntusuna görə cəzalandırılıb və oyundan kənarlaşdırılıb.

NBA-nın verdiyi açıqlamada, bu uzaqlaşdırma qərarında Qrinin "qeyri-idman hərəkətlərini daim təkrarlaması"nın nəzərə alındığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3201
avatar

Oxşar yazılar