“Real”da  Ançelottinin yerinə   daha bir namizəd
27 mart 2023 13:50 (UTC +04:00)

“Real”da Ançelottinin yerinə daha bir namizəd

İtaliya millisinin keçmiş futbolçusu Antonio Kassano “Napoli”nin baş məşqçisi Luçano Spallettinin “Real”da Karlo Ançelottinin yerinə keçə biləcəyini bildirib.

“Real” Ançelotti ilə vidalaşsa, Spallettinin ora gedəcəyinə mərc edərdim.

O, “Yuventus”a getməyəcək, orada gün yarım qalmayacaq. İtaliyada o, ancaq “Milan” və ya “Fiorentina”da işləyəbilər”, - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, keçmi futbolçu bildirib.

Bundan əvvəl Ançelottinin mövsümün sonunda “Real”dan ayrılacağı və Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.

Spalettiyə gəlincə, onun “Napoli” ilə müqaviləsi 2023-cü il iyunun 30-dək qüvvədədir. Bu mövsüm onun komandası A Seriyasında ən yaxın rəqibini 19 xal qabaqlayır.
 

# 1248
avatar

Oxşar yazılar