"Real" PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni transfer etmək üçün son cəhd etmək niyyətindədir.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Kral klubu”nun rəhbərliyi 2024-cü il yanvarın 1-də müqavilə təklifi ilə 24 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlamağı planlaşdırır. Futbolçunun qərar vermək üçün iki həftə vaxtı olacaq - bildirilir ki, əgər Mbappedən yanvarın 15-dək cavab gəlməsə, o zaman "Real" onunla müqavilə bağlamaq cəhdini dayandıracaq və İspaniyada evi və yarımmüdafiəçi Cud Bellinqem ilə yaxın münasibəti olan "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haalanda keçəcək.
Bu mövsüm Mbappe Liqa 1-də 13 oyunda iştirak edib, 15 qol vurub və iki məhsuldar ötürmə edib.