“Rea”dan Mbappenin transferi ilə bağlı  YENİ QƏRAR
20 iyun 2023 11:52 (UTC +04:00)

“Rea”dan Mbappenin transferi ilə bağlı YENİ QƏRAR

PSJ-nin hücumçusu Kilian Mbappe karyerasını "Real”da davam etdirə bilər, 

Lent.az bildirir ki, "Marca"nın məlumatına görə, Madrid klubu həmin vaxt azad agentə çevriləcək 24 yaşlı fransızı almaq üçün 2024-cü ilin yayına qədər gözləməyə hazırdır.

Daha əvvəl Mbappenin PSJ-ni bu yay yox, 2024-cü ilin yayında müqaviləsi başa çatdıqdan sonra tərk edəcəyi bildirilirdi.

2022/23 mövsümündə Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib. “Transfermark”  portalının məlumatına görə, 24 yaşlı fransız futbolçunun qiyməti 180 milyon avro qiymətləndirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4272
avatar

Oxşar yazılar