UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçı keçirilib.
Lent.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstan klubu üzərində 7:2 (ümumilikdə 8:4) hesablı qələbə qazanıb.
7-ci dəqiqədə Juninyo fərqlənib. Oyunun 45+1-ci dəqiqəsində Yasin Benzia penalti zərbəsini dəqiq yerinə yetirib.
45+5-ci dəqiqədə Patrik Andrade adını tabloya yazdırıb.
93-cü dəqiqədə Toral Bayramov komandasının növbəti qoluna imza atıb.
111-ci dəqiqədə Redon Cica, 112-ci dəqiqədə isə Patrik Andrade meydan sahiblərini məyus edib.
"Ludoqorets"in qollarını 13-cü və 23-cü dəqiqədə Kvadvo Dua vurub.
Beləliklə “Qarabağ” UEFA Çempionlar Liqasının “pley-off” mərhələsinə yüksəlib.
Qeyd edək ki, qarşılaşma "Ludoqorets Arena"da keçirilib.
Matçı italiyalı baş hakim Simone Soçça idarə edib.