“Qalatasaray” Avropa Liqasında xal itirdi
21 yanvar 2025 21:43 (UTC +04:00)

“Qalatasaray” Avropa Liqasında xal itirdi

0

Türkiyənin “Qalatasaray” komandası UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Lent.az xəbər verir ki, İstanbul təmsilçisi VII turda doğma meydanda Ukrayna təmsilçisi “Dinamo”nu (Kiyev) qəbul edib.

“Rams Park”da təşkil olunan qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Görüşü estoniyalı baş hakim Kristo Tover idarə edib.

Bu nəticədən sonra xallarını 13-ə çatdıran “Qalatasaray” 5-ci pilləyə yüksəlib. İlk xalını qazanan “Dinamo” isə sonuncu – 36-cı yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2532

Oxşar yazılar