“Pekin 2022” Olimpiya Kəndlərinin ilk qonaqları gəldi
23 yanvar 2022 12:27 (UTC +04:00)

“Pekin 2022” Olimpiya Kəndlərinin ilk qonaqları gəldi

Pekindəki Olimpiya kəndləri bazar günü işə başlayıb və ilk nümayəndə heyətlərini qəbul edib.

Lent.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, ilk iş günündə kəndlərə Çin, Avstraliya, Kanada, ABŞ, Finlandiya və digər ölkələrdən 20-dən çox nümayəndə heyətinin üzvləri gəlib.

Eyni zamanda bildirilir ki, Olimpiya kəndlərinin rəsmi açılışı yanvarın 27-də olacaq.

# 882
avatar

Oxşar yazılar