Növbəti Messi-Ronaldo qarşılaşması: nə qədər qazanacaqlar?
17 yanvar 2023 12:27 (UTC +04:00)

Növbəti Messi-Ronaldo qarşılaşması: nə qədər qazanacaqlar?

Paris Sent-Jermen Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının birgə komandası ilə qarşılaşacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Fransa klubu bu görüşdə 10 milyon avrodan çox qazanacaq. Bundan başqa, PSJ pullu yayım üçün vəsait alacaq.

Görüş yanvarın 19-da Ər-Riyadda baş tutacaq. Qarşılaşmada Kriştiano Ronaldo və Lionel Messi də iştirak edəcək.

Bundan əvvəl Ronaldonun PSJ ilə oynayacaq “Əl-Nəsr” və “Əl-Hilal”ın birləşmiş komandasının kapitanı olduğu bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773
avatar

Oxşar yazılar