“Napoli” İtaliya çempionu  oldu
24 may 2025 01:03 (UTC +04:00)

“Napoli” İtaliya çempionu oldu

İtaliya A Seriyasında mövsümün sonuncu -XXXVIII turuna start verilib.

Lent.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Çempionluq uğrunda mübarizə aparan iki komanda - “Napoli” və “İnter” öz matçlarını keçiriblər. 

Milan təmsilçisi səfərdə “Komo”nu 2 cavabsız qolla məğlub etməyi bacarıb. Lakin bu qələbə çempionluq üçün kifayət etməyib.

Eyni vaxtda başlayan digər görüşdə “Napoli” “Kalyari”yə 2:0 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1214

Oxşar yazılar