Millimiz Ermənistan yığmasını darmadağın edib
21 iyul 2023 21:01 (UTC +04:00)

Millimiz Ermənistan yığmasını darmadağın edib

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun oyunları davam edir.

Lent.az xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib. U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq.

Oyun 23 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq və FIBA -nın rəsmi yutub hesabından canlı olaraq yayımlanacaq.

# 1809
avatar

Oxşar yazılar