"Milan" Rafael Leaonu satmaq  qərarına gəldi
18 mart 2026 17:18 (UTC +04:00)

"Milan" Rafael Leaonu satmaq qərarına gəldi

0

"Milan" yay transfer pəncərəsində portuqaliyalı cinah oyunçusu Rafael Leaonu satmağa hazırdır. 

Lent.az bildirir ki, "La Gazzetta dello Sport" qəzetinin məlumatına görə, klub 80 milyon avrodan başlayan təklifləri nəzərdən keçirə bilər.

İtaliya klubunun rəhbərliyi bu qərarı A Seriyasının "Latsio" ilə oyununda baş verən hadisədən sonra verib. Bu zaman Leao 66-cı dəqiqədə əvəzlənməsinə emosional reaksiya verərək onu sakitləşdirməyə çalışan komanda yoldaşlarını itələyib.

Bu mövsüm 26 yaşlı futbolçu "Milan"da 24 oyunda meydana çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Onun "Milan"la müqaviləsi 2028-ci ilə qədərdir.

Transfermarkt portuqaliyalı futbolçunun transfer dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar