Roberto De Zerbi bəzi futbol məsələlərində klub rəhbərliyi ilə razılaşmadığı səbəbindən "Brayton"un baş məşqçisi postunu tərk edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, De Zerbinin özü heç bir başqa klubla razılaşmasının olmadığını bildirməyə müvəffəq olub, baxmayaraq ki, bundan əvvəl media onu "Bavariya"ya göndərməyə tələsib. Bu məlumat sonda təkzib olunub.
“Gazzetta dello Sport”a görə, “Milan” De Zerbinin sərbəst qalmasından istifadə etmək qərarına gəlib və yaxın günlərdə mütəxəssislə İtaliyaya mümkün dönüşü müzakirə edəcək.
Hazırda "Milan"ın baş məşqçisi postuna əsas namizəd Paulo Fonsekadır, lakin De Zerbi ilə danışıqlardan sonra hər şey dəyişə bilər.