Ronaldo və Messi
12 dekabr 2021 18:44 (UTC +04:00)

Ronaldo və Messi

Messi-Ronaldo cütlüyü üzündən “Qızıl top” qazana bilməyən ulduzlar - SİYAHI

Son 13 “Qızıl top” mükafatının 12-nə iki futbolçu – Lionel Messi ilə Kriştiano Ronaldo sahib çıxıb.

Apasport.az saytının məlumatına görə, argentinalının 7, portuqaliyalının isə 5 dəfə titula layiq görüldüyü 2008-ci ildən bəri çox sayda ulduz futbolçunun arzusu puç olub.

Bu yazıda son 13 ildə “Qızıl top” uğrunda mübarizədə Messi-Ronaldo cütlüyündən geridə qalan ulduz futbolçulara nəzər yetirəcəyik.

Fernando Torres
İspaniyalı forvard 2008-ci ildə mükafata namizəd göstərildiyi zaman qarşıdakı 13 ildə Messi-Ronaldonun bu cür uğurunu çox adam təxmin etmirdi. Torres həmin vaxt 3-cü oldu. Kriştiano Ronaldo ilk dəfə titula sahib çıxdı, Lionel Messi ikinci yeri tutdu.

Xavi Ernandes
Xavi “Qızıl top”a namizədlər sırasında ən çox ilk “üçlüy”ə düşən və qazana bilməyən oyunçudur. 2009-cu ildən ardıcıl üç il səsvermədə üçüncü yeri tutan “Barselona”nın hazırkı baş məşqçisi həmin vaxtdakı komanda yoldaşı Lionel Messinin mükafatı almasını izlədi.

Andres İnyesta
İnyesta bir dəfə 2-ci, bir dəfə isə 3-cü yeri tutub. Hər iki halda titula Messi sahib çıxdı. 2012-ci ildə üçüncü olan ispaniyalı DÇ-2010-un finalında həlledici qol vuraraq yığmaya dünya çempionluğunu qazandırsa da, yenə birinciliyə layiq görülmədi.

Frank Riberi
2013-cü ildə “Bavariya” iştirak etdiyi bütün turnirləri qazandı. Münhen klubunun aparıcı siması olan Riberi isə Ronaldo və Messinin müvafiq olaraq 1-2-ci olduğu mərasimə üçüncü yerin sahibi kimi qatıldı.

Manuel Noyer
İndiyə qədər “Qızıl top”u qazanan yeganə qapıçı Lev Yaşindir. Rusiyalının 1963-cü ildəki nailiyyətini 2014-cü ildə Noyer təkrarlamağa yaxın oldu. Ancaq yekunda titul Ronaldoya getdi.

Antuan Qrizmann
Qrizmann da iki dəfə səsvermənin yekununda üçüncü yeri tutdu. O, 2016-cı ildə Ronaldo və Messinin gerisində qaldısa, iki il sonra Luka Modriçin mükafatı başı üzərinə qaldırmasını seyr etdi.

Neymar
Neymar iki dəfə ilin ən yaxşı üçüncüsü oyunçusu oldu və hər iki halda Ronaldo ilə Messidən geridə qaldı. 2015-ci ildə Messi qalib, Ronaldo ikinci olmuşdusa, iki il sonra bunun əksi baş vermişdi.

Vircil van Deyk
Niderlandlı müdafiəçi 2019-cu ildə Avropada ilin futbolçusu seçildi, ancaq bu, “Qızıl top”u qazanması üçün yetərli olmadı. “Liverpul” Çempionlar Liqasını əldə etməsinə rəğmən van Deyk səsvermədə Messidən geri qaldı.

Robert Levandovski
Ötən il koronavirus pandemiyası səbəbindən tədbirin keçirilməməsi bütün turnirlərin qalibi olan “Bavariya”nın hücumçusunun önünü kəsdi. Bu il isə Lionel Messi ona imkan vermədi.

# 13581
avatar

Oxşar yazılar

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı oldu

3 dekabr 2022 , 21:26
“Mançester Yunayted”ə Ronaldonun yerinə  o gələ bilər

“Mançester Yunayted”ə Ronaldonun yerinə o gələ bilər

3 dekabr 2022 , 19:37
Hakan Şükürə görə dünya çempionatında  şərhçilikdən uzaqlaşdırıldı

Hakan Şükürə görə dünya çempionatında şərhçilikdən uzaqlaşdırıldı

3 dekabr 2022 , 17:56
Modriçdən  millidəki karyerası   ilə bağlı QƏRAR

Modriçdən millidəki karyerası ilə bağlı QƏRAR

3 dekabr 2022 , 16:19
İsveçrə-Serbiya oyununda təxribat:  bu köynəklə meydana çıxdı

İsveçrə-Serbiya oyununda təxribat: bu köynəklə meydana çıxdı

3 dekabr 2022 , 14:24
Həkimlər Peleyə bu diaqnozları qoydular

Həkimlər Peleyə bu diaqnozları qoydular

3 dekabr 2022 , 10:32
Qol vuran futbolçu  meydandan qovuldu

Qol vuran futbolçu meydandan qovuldu

3 dekabr 2022 , 03:21
“Qarabağ” "Neftçi"ni  darmadağın etdi

“Qarabağ” "Neftçi"ni darmadağın etdi

3 dekabr 2022 , 00:29