"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ-nin ən məşhur idmançısı olub.
Lent.az xəbər verir ki, bu barədə SSRS tədqiqat şirkəti məlumat yayıb.
12 yaşdan yuxarı ABŞ sakinləri arasında aparılan sorğuda Messinin keçmiş basketbolçu Maykl Cordan və keçmiş amerikalı futbolçu Tom Bredidən daha populyar olduğu ortaya çıxıb. Respondentlərin 5 faizi argentinalı hücumçuya səs verib ki, bu da qələbə üçün kifayət edib.
Qeyd olunur ki, bundan əvvəl futbolçular sorğuda birinci yeri tuta bilmirdilər. Tədqiqatçıların fikrincə, Messinin Argentina millisi ilə 2022-ci il Dünya Çempionatında uğur qazanması və ABŞ-yə köçməsi ona uğur qazandırıb.
36 yaşlı Messi 15 iyul 2023-cü ildə "İnter Mayami" komandasına qoşulub. Onun klubla müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir. Komandanın tərkibində o, Liqa Kubokunu qazandı.