“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə klubu ilə yeni müqavilə imzalaya bilər.
Lent.az xəbər verir ki, jurnalist Ekrem Konurun sosial şəbəkələrdə verdiyi məlumata görə, “Liverpul” Salahla müqaviləni 2027-ci ilin yayına qədər uzatmaqda maraqlıdır.
Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə “Roma”dan “Liverpul”a keçib. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 26 oyun keçirib, 16 qol vurub və 8 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyondur.
Hazırda Mersisaydlılar 2023/2024 mövsümü üçün İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yeri tuturlar. “Liverpul” növbəti matçını yanvarın 1-i bazar ertəsi keçirəcək. Kloppun komandası Premyer Liqanın 20-ci turu çərçivəsində doğma meydanda “Nyukasl”la qarşılaşacaq.