"Real"ın hücumçusu Kilian Mbappe klubun prezidenti Florentino Peres haqda danışıb.
Lent.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
“Peres mənim üçün çox vacib insandır. İlk gündən mənə güvənib, ailəmə kömək edib. Bunun üçün ona hər zaman minnətdar olacağam. Onu xoşbəxt etmək üçün meydanda və ondan kənarda hər şeyi edəcəyəm”, - futbolçu qeyd edib.
Xatırladaq ki, iyulun 16-da “Santyaqo Bernabeu” stadionunda futbolçunun təqdimatı baş tutub. Mbappeni qarşılamaq üçün tribunalara 80 min insan toplaşıb.