Maradonanın oğlu atasının qətlindən  DANIŞDI - VİDEO
27 mart 2025 16:51 (UTC +04:00)

Maradonanın oğlu atasının qətlindən DANIŞDI - VİDEO

Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesi ikinci həftədir ki, davam edir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, mərhum futbolçunun oğullarından biri atasının ölümündə həkimləri ittiham edib.

Maradonanın qohumları onun təbii ölümü fikri ilə razılaşmayıblar, futbolçunun qəsdən öldürülməsinə əmindirlər.

"Onu öldürüblər, o qədər şahid var. Ona düzgün qulluq edilməyib, onu xilas etmək üçün heç nə etməyiblər. Həkimlərin səhlənkarlığını qəbul edə bilmərəm. Əminəm ki, səhlənkarlığı sübut edəcəyik", deyə Maradonanın oğlu bildirib.

Artıq yeddi tibb işçisi xəstəyə etinasızlıq göstərməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılır. Günahları sübuta yetirilərsə, onları 8 ildən 25 ilə qədər həbs gözləyir.

"Sadəcə bu insanları günahlandırmaqdan başqa çarəm yoxdur. Əgər ona düzgün münasibət göstərilsəydi, indi burada otura bilərdi" – Maradonanı oğlu açıqlamasında vurğulayıb.

Maradonanın ölümü ilə bağlı məhkəmə prosesinin 2026-cı ilin yayına qədər davam edəcəyi gözlənilir.Məhkəməyə yüzə yaxın şahid dəvət olunacaq.

Qeyd edək ki, Dieqo Armando Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında dünyasını dəyişib. Dünya çempionunun ölümünün rəsmi səbəbi ürək tutması kimi göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar

"Barselona" üç xalı dörd qolla  qazandı

"Barselona" üç xalı dörd qolla qazandı

30 mart 2025 , 22:21
“Beşiktaş” “Galatasaray”ı məğlub etdi

“Beşiktaş” “Galatasaray”ı məğlub etdi

29 mart 2025 , 23:36
Dünyanın ən yaşlı futbolçusu:  nəvələri də var

Dünyanın ən yaşlı futbolçusu: nəvələri də var

29 mart 2025 , 19:16
Bloqqer əri ilə birgə futbol klubu alır - 6 milyona

Bloqqer əri ilə birgə futbol klubu alır - 6 milyona

29 mart 2025 , 17:22
Ronaldo və Messi eyni klubda  oynayacaq

Ronaldo və Messi eyni klubda oynayacaq

29 mart 2025 , 14:44
Braziliyanın baş məşqçisi QOVULDU

Braziliyanın baş məşqçisi QOVULDU

29 mart 2025 , 11:38
"Osasuna"ya qalib gələn "Barselona"ya texniki məğlubiyyət  verilə bilər

"Osasuna"ya qalib gələn "Barselona"ya texniki məğlubiyyət verilə bilər

29 mart 2025 , 10:01
“Liverpul” Salahı buraxmır

“Liverpul” Salahı buraxmır

28 mart 2025 , 19:00