"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək
02 iyun 2025 17:44 (UTC +04:00)

"Mançester Yunayted"in ulduzu tezliklə gələcəklə bağlı qərar verəcək

"Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş yaxın günlərdə gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oyunçu yekun cavabı iyunun 7-nə qədər verəcəyini vəd edib.

Portuqaliyalı hazırda düşünür və mənbənin sözlərinə görə, ailəsinin rahatlığını və rifahını nəzərə alaraq seçim etməyi planlaşdırır.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu vəziyyəti fəal şəkildə izləyir və Brunonu transfer etmək ehtimalına əmindir. Eyni zamanda, klub hələlik “Mançester Yunayted”ə rəsmi təklif göndərməyib. İngiltərə klubu rəhbərliyinin futbolçunu satmaq istəməməsi ilə bağlı ictimai siqnallara baxmayaraq, “Əl-Hilal” Fernandeş razılaşarsa, transferin mümkün olacağına inanır.

Məlum olduğu kimi, 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində 57 oyuna çıxıb, 17 qol vurub, 19 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150

Oxşar yazılar