“Mançester Yunayted” Amorimdən tam fərqli  baş məşqçi axtarır
17 yanvar 2026 17:12 (UTC +04:00)

“Mançester Yunayted” Amorimdən tam fərqli baş məşqçi axtarır

0

“Mançester Yunayted” rəhbərliyinin komandanın yeni baş məşqçisinə qoyduğu əsas meyar “qırmızı şeytanlar” düşərgəsində olan təzyiqin öhdəsindən gələ bilməsidir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yayılan məlumatlara görə, sabiq baş məşqçi Ruben Amorim özünə yönələn yüksək diqqətlə hər zaman bacarıqla mübarizə apara bilməyib. Mançester təmsilçisinin rəhbərliyi hesab edir ki, komandaya Amorimlə müqayisədə tamamilə fərqli bir mütəxəssis lazımdır.

“Mançester Yunayted”də düşünürlər ki, yeni məşqçi ilə bağlı qərar vermək üçün vaxtları var. Bundan əlavə, bu seçimi etməkdə kömək edə biləcək xüsusi bir struktur da yaradılıb.

Amorim “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsində 11 noyabr 2024-cü ildən 5 yanvar 2026-cı ilə qədər çalışıb. Yanvarın 13-də “Mançester Yunayted” mövsümün sonuna qədər komandaya Maykl Karrikin rəhbərlik edəcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar